Moskvada Svyatoozarevski küçəsində toy kortejində maşının pəncərəsindən havaya doqquz dəfə atəş açılıb. Yarım saat sonra səkkiz maşından ibarət toy karvanı polislər tərəfindən Tatyana Markova küçəsində dayandırılıb. Atəş açan saxlanılıb.
Xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb, Oxu.Az bu haqda “İnterfaks”a istinadən xəbər verir. Atəş açan şəxs 48 saat müddətinə saxlanılıb. Atəş açmaqda şübhəli bilinən şəxs etnik ermənidir.
2014-cü ilin aprel ayının 4-də Podmoskovye sakininə ötən ilin dekabr ayında toyda atəş açdığına görə hökm oxunub. İnsident Kaşirski yolunda baş vermişdi. Qonaqlardan biri havaya atəş açmağa başlayıb. Toyun dağılması iştirakçıları elə qəzəbləndirib ki, onlardan heç biri məhkəməyə gəlməmişdi. Sarqiz Xaçatryan ümumirejimdə yeddi ay cəza aldı. Bu, toy atıcılarına çıxarılan hökmlərin ən sərt olanıdır.