Moskva polisləri FHN əməkdaşına hücum etmiş altı naməlum şəxsi axtarırlar.
Cinayətkarların qurbanı 23 yaşlı Yevgeni Nikulin olub, əllərində “maçette” (qılınc) olan cinayətkarlar onun əl-ayağını kəsib, özünü qan içində qoyaraq gediblər.
Oxu.Az bu barədə Lifenews-a istinadən xəbər verir.
FHN-nin daxili xidmət serjantına qarşı bu dəhşətli hərəkət Moskvanın qərbində Solntsevo rayonunda avqustun ikisində gecə yarısı baş verib. O, Voronejdən Moskvaya dostunun andiçmə mərasiminə gəlmişdi. Dostlara gözlənilmədən “maçette” və balta ilə silahlanmış cinayətkarlar hücum edib. Oğlanlardan dördü qaçaraq canlarını qurtarıblar, Yevgeni isə bu yaxınlarda keçirdiyi əməliyyat zamanı ayağına qoyulan mil üzündən qaça bilməyib.
Cinayətkarlar gənc xilasedicinin başını kəsmək istəyiblər, amma o, qılıncın ülgücü altına biləyini qoyub, zərbədən sonra əli kənara düşüb. Bununla hirsi soyumayan cinayətkarlar oğlanın ayağını da kəsiblər.
Cərrahlar Yevgeninin pəncəsini geri qaytara bilsələr də, gənc xilasedici əlini birdəfəlik itirib.
Solntsevo DİN şöbəsində “Bilərəkdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi ilə cinayət işi açıblar. Hal-hazırda müstəntiqlər cinayətkarların axtarışı ilə məşğuldurlar.