Moskvada əyləncə mərkəzlərindən birində bir qrup gənc Hitlerin ad gününü qeyd edib.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə polisə şahidlər məlumat verib.
Hadisə yerinə gəlmiş polislər onlarla gənci saxlayıb, həmçinin silah və nasist simvolikasını müsadirə ediblər.
“Təxminən 40 gənc saxlanılıb. Vətəndaşlardan daxil olmuş məlumata əsasən, onlar Hitlerin ad gününü qeyd ediblər. Klubda bir neçə silah və Hitlerin portreri tapılıb”, - hüquq mühafizə orqanlarından bildiriblər.
Məlumatda qeyd olunur ki, gənclərdən dörd travmatik silah, ondan çox bıçaq və bir neçə kastet müsadirə edilib.
Saxlanılanlar arasında tanınmış milliyətçi Dmitri Demuşkin də var.