Rusiyanın paytaxtı Moskvada havanın temperaturu -22 dərəcəyə düşüb və bu gün ilin hələlik ən soyuq günü kimi qeydə alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Meteo” hava xidməti bu həftə qeydə alınan temperaturun adətən ilin bu vaxtı üçün səciyyəvi olan temperaturdan 10 dərəcə aşağı olduğunu bildirib.
Havanın daha da soyuyacağı proqnozlaşdırılır. Moskva sakinləri isə şaxtaya hazır olduqlarını və artıq vərdiş etdiklərini bildiriblər.
“Birinci dəfədir ki, bu dərəcədə soyuqdur. Təbii ki, Rusiya həmişə öz şaxtası ilə məşhur olub, indi isə, görünür, şaxta mövsümünün özünü göstərdiyi vaxtdır” - deyə Konstantin Yermakov adlı Moskva sakini bildirib.
Moskva vilayətində isə artıq 31 dərəcə şaxta müşahidə edilib. Yağışlı havadan sonra havanın kəskin soyuması Moskva çayının da donmasına səbəb olub.