Rusiya paytaxtında ilk dəfə kişilər və qadınlar üçün ayrıca çimərlik yaradılması təklif edilir.
Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.
Müvafiq xahişi meriyaya İctimai palatanın millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsi üzrə komissiyanın üzvü, Müsəlmanların mənəvi idarə Mərkəzinin sədr müavini Albir Krqanov göndərib.
Onun müraciətini Kilsə və protoirey cəmiyyəti arasında qarşılıqlı münasibətlər üzrə sinodal şöbənin rəhbəri Vsevolod Çaplin, Rusiya yəhudi icmalarının Federasiyasının prezidenti Aleksey Boroda və Budda ənənəvi sanqxinin daimi nümayəndəsi Andrey Baljirov imzalayıb.
Krqanovun qeyd etdiyi kimi, Moskvanın müxtəlif dini etiqada malik yüz minlərlə sakini, ümumi çimərliyə gələ bilmirlər: bundan başqa, çoxları istirahət üçün xaricə gedə bilmirlər.
“Ona görə də biz dini və mənəvi baxışlarına görə digərləri ilə eyni çimərlikdə ola bilməyən paytaxt sakinlərinin əlavə istirahət məkanları ilə təmin edilməsini labüd hesab edirik”, Krqanov deyib.
Müraciətdə belə xüsusi istirahət məkanlarının yaradılması paytaxtda müxtəlif din tərəfdarlarının birləşməsinə vasitə olacaq.