Rusiya paytaxtında horror-kvest (xüsusi hazırlanmış yerdə bir neçə nəfərlik komandalar üçün əyləncəli oyun) zamanı 15 yaşlarında olan üç yeniyetmə və iki işçi yaralanıb.
Bu barədə Rusiya Federasiyasının Moskva İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.
Məlum olub ki, kvest zamanı uşaqların əlinə nasaz qaz balonu keçib. O alışıb. Bu zaman uşaqlar qəfəsdə olduqlarından, çıxa bilməyiblər.
“Onları qəfəsə salıblar, balonu yandırıblar, o da nasaz imiş. Böyük bir alov çıxıb və tavana keçib. Uşaqların üzərlərindəki paltarlar yanıb, onların üzərlərinə tavandan əriyən isti plastik damlayıb”, - deyə uşaqlardan birinin anası deyib.
:640.jpg)
Mənbə: TASS, 360 TV