Moskvada ilk dəfə Məhəmməd peyğəmbərin saçının bir hissəsini təqdim ediblər. Bütün dünya müsəlmanları üçün müqəddəs olan əmanət Dağıstandan paytaxta xüsusi reyslə, bazar günü çatdırılıb. Bir neçə min insan təntənəli konsertin iştirakçısı olub, onların hamısı Mövlud ən-Nəbi peyğəmbərin mövlud gününü qeyd etmək üçün "Krokus Siti Holl"un konsert zalında toplaşıblar.
Bayramın kuliminasiya nöqtəsi səhnəyə ağacdan hazırlanmış xüsusi qutuda müqəddəs əmanətin gətirilməsi oldu. Bazar ertəsi onu geriyə - Mahaçqalaya yollayacaqlar. Relikviyanın bir il sonra yenidən paytaxta qayıtmasının mümkün olduğu da bildirilib.
Oxu.Az bu barədə Vesti-yə istinadən xəbər verir.
"Bu ilin sonunda məscid tikintisi başa çatdıqdan sonra, artıq 2016-cı ildə bu müqəddəs əmanəti Ərəb əmirliklərindən gətirəcəklər və o daimi olaraq Moskva məscidində qalacaq", - "Vesti-Moskva" proqramına verdiyi müsahibəsində Rusiya Müftiləri Şurasının sədri Ruşan Hahrat Abbasov bildirib.
Bu il Məhəmməd peyğəmbərin mövlud günü yanvar ayının 3-nə təsadüf etdi, amma ənənəyə görə Rusiyada olan müsəlmanlar onu dualarla bütün ay boyu yad edəcəklər.