Moskvanın mərkəzində cümə günü, 21 noyabrda səhər saatlarında bir neçə elit avtomobil parkinqdə yanıb.
Bu barədə İnterfaks-a hüquq mühafizə orqanlarında bildiriblər, Oxu.Az xəbər verir.
Məlumata görə, yanğın Orujeyni döngəsində ev 15A ünvanında bağlı dayanacaqda baş verib. Parkinqdə 10 avtomobil: altı “Rolls-Royce”, iki “Bentley” və iki “Mercedes” olub.
Rusiya FHN Dİ-nin mətbuat katibliyində qeyd edildiyi kimi, ümumilikdə səkkiz avtomobil yanıb. 50 kvadratmetrlik ərazidə tüğyan edən yanğın artıq söndürülüb.
Bununla yanaşı TASS-ın məlumatına görə, avtodayanacaqda 12 avtomobil yanıb və ya zərər çəkib. Maşınların hamısı eyni adama məxsusdur. Polis yanğının qəsdən törədildiyini də istisna etmir.
Hadisə yerində yanğının səbəblərini araşdıran istintaq qrupu çalışır.