Bu gün Moskvada Ramazan bayramı böyük təntənə ilə qeyd olunub.
Oxu.Az xəbər verir ki, Milli.Az tanınmış bloqer İlya Varlamovun bloquna istinadən bildirir ki, Rusiya paytaxtındakı Sülh prospektinin yanındakı Cümə məscidinə 100 minə yaxın müsəlman toplaşıb.
Rusiya Müftilər Şurasının sədri şeyx Rafil Qaynutdin bayram namazı, sonra da xütbə oxuyub.