Moskvada çılpaq qadına qarşı təhqirlərə yol verdiyinə görə polislər işdən çıxarılacaq.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, paytaxt polisinin bir neçə üzvü psixi pozğunluğu olan qadına qarşı təhqirlərdə ittiham olunur.
İrina adlı qadın qeyri-adekvat davranışına görə küçədə saxlanılaraq növbətçi hissəyə gətirilib. Burada qadın soyunaraq rəqs etməyə başlayıb.
Ancaq polis əməkdaşları saxlanan qadını sakitləşdirmək əvəzinə onunla məzələnməyə və bütün bunları videoya çəkməyə başlayıb.
Polislər haqqında cinayət işi açılıb.