Moskvada qrip və KRX (kəskin respirator xəstəliklər) epidemiyası qeydə alınıb, bununla əlaqədar təşkilatlarda və şəhər obyektlərində yanvar ayının 26-dan karantin elan edilir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
“Əhaliyə görə, xəstəlik göstəricisi epidemik giriş göstəricisi olan 3,7%-i keçib”, - baş sanitar həkimin qərarında qeyd edilir.
Sənəddə yanvar ayının 18-dən 24-nə qədər qrip və KRX-yə yoluxma əvvəlki həftə ilə müqayisədə 1,5 dəfə artıb.
“2016-cı ilin yanvar ayının 26-dan başlayaraq xüsusi sərəncama qədər məhdudlaşdırıcı tədbir – karantin Moskva ərazisində yerləşən təşkilat və obyektlərdə həyata keçirilsin”, - qərarda tövsiyə edilir.
Keçən həftə Rospotrebnadzor Sankt-Peterburqda qrip epidemiyasının oluğunu elan edib.
İlin əvvəlindən qripin ağırlaşması ucbatından Rusiyada 25 nəfər ölüb.