30 yaşlı moskvalı Dmitri Kyunzdi paytaxtın intim mağazalarından rezin qadınları oğurladığı üçün saxlanılıb.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, gəlincik oğrusunun Moskvanın cənubi-şərqində seks-şoplardan bir neçə qarət epizoduna aidiyyatı ola bilər.
Amma kuryoz qarətlərdən biri Papernik küçəsində olub. Böyüklər üçün oyuncaq mağazasının satıcısı danışıb ki, o, bir müddət seks-şopda müxtəlif oyuncaqlar və rezin gəlinciklər haqqında suallar verərək gəzib.
“Sonra o qutunu götürüb kassaya yaxınlaşdı, sonra isə anidən sıçrayaraq mağazadan çıxdı. O, Ryazanski prospektinə tərəf qaçdı, biz ona çata bilmədik” – intim mağazanın satıcısı bildirib.
Satıcı həmçinin qeyd edib ki, son illər ərzində Dmitri Kyunzdi onların mağazalarına bir neçə dəfə gəlib.
““Tiamo” mağazasına dəyən zərər altı min rubldan ibarətdir. Kyunzdinin seks-şoplardan bir neçə qarət epizoduna aidiyyatı ola bilər” - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, müstəntiqlər gəlincik oğrusuna qarşı cinayət işi qaldırmayıblar. Hal-hazırda onun digər analoji qarət hadisələrinə aidiyyatı olub olmaması yoxlanılır.
E.Ə.
www.oxu.az