Rusiyanın Moskva vilayətində səkkizinci sinif şagirdi Özbəkistan vətəndaşını döyüb.
Oxu.Az “İnterfaks”-a istinadən xəbər verir ki, məlumata görə, 15 yaşlı Çexov şəhər sakini 29 yaşlı Özbəkistan vətəndaşını amansızcasına döyüb.
Xəsarət alan şəxs baş nahiyəsində deşilmiş yara və açıq kəllə-beyin travması diaqnozu ilə Çexov mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, cinayət “mübahisə zamanı qəflətən nifrət münasibətlərinin peyda olması” zəmnində baş verib.
Məktəbliyə qarşı Rusiya CM-in 111-ci maddəsi (sağlamlığa ağır zərər vurma) üzrə cinayət işi qaldırılıb.
15 yaşlı şagird həbs edilib.