Moskvada Türkiyənin səfirliyini daşa basıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Moslenta-nın əməkdaşı hadisə yerindən xəbər verib.
“Səfirliyin önündə çoxlu daş, sındırılmış şüşə var. Binanın pəncərələri sındırılıb, hər yerdə boya izləri var”, - deyə, jurnalist bildirib.
Binanın yanında polis naryadları növbə çəkir. Onlar səfirliyə gələn yolları bağlamağa çalışırlar.