Qırğızıstan vətəndaşı Mirquli Turqanbayeva Moskva bankından 1 milyon rublun (17 200 man) oğurlanmasına dair açılan cinayət işində fiqurant olub, M24 paytaxt prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.
Suşevski küçəsində yerləşən filialda xadimə kimi çalışan qadın təmizlik işləri apararkən kassada banknot bağlaması tapıb. Pulun üstünü süpürgə ilə örtərək Turqunbayeva onları zibil üçün nəzərdə tutulmuş paketə qoyub, sonra isə evinə aparıb.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
Xadimə evinə pul göndərib, 420 min rublu isə xərcləyib. Bununla yanaşı o işə getməyə davam edib. Cinayətkarın kimliyini müəyyənləşdirməyə müşahidə kameraları yardım edib.
Axtarış zamanı evdə qalan 580 min rubl və çeklər aşkar edilib.