Moskvanın Vnukovo hava limanı açılıb və normal rejimdə işləyir.
Bu barədə aeroportun Mətbuat Xidmətindən məlumat verilib.
“Məhdudiyyətlər aradan qaldırıldı. Hava limanı normal rejimdə işləyir”, - deyə məlumatda bildirilir.
11:52
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Vnukovo hava limanı müvəqqəti bağlanıb.
Bu barədə şəhərin Fövqəladə Hallar Xidməti xəbər yayıb.
Məlumata görə, Vnukovoda yerli vaxtla saat 9:40-dan (Bakı vaxtı ilə 10:40 - red.) etibarən təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edilib, bəzi uçuşlar digər hava limanlarına yönləndirilib.
İlkin xəbərdə hadisəyə səbəb kimi dron hücumu ehtimalı qeyd edilir.
Mənbə: moscow-post