Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən məşhur “Izvestiya Hall” konsert binasındakı yanğın söndürülüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən məlumat verilib.
Məlumatda həmçinin qeyd olunur ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.
10:08
Rusiya paytaxtında yerləşən məşhur “Izvestiya Hall” konsert binasında güclü yanğın olub.
Məlumatı Rusiya KİV yayıb.
İlkin məlumata görə, yanğın 1,5 min kvadratmetr sahəni əhatə edib. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Mənbə: TASS