Rəsmi bloqda Mozilla şirkətinin baş direktorunun - Brendan Ayk istefası elan edilib.
Ayk 2 həftədən az bir müddətdə Mozilla-nın rəhbəri kimi işlədi. O, şirkətə 24 mart tarixindən rəhbərlik edirdi.
Oxu.Az İTAR-TASS-a istinadən bildirir ki, Aykın istefası Mozilla-nın həmtəsisçisi və JavaScript proqramlaşdırma dilinin yaradıcısının ailə münasibətlərinin qurulması və dəyərlərinə əsaslanıb.
İstifadəçilər Aykın baş direktor vəzifəsinə təyin olunmasından sonra tənqidi fikirlərini dilə gətiriblər. Belə ki, o Kaliforniyada eynicinsli nikahların qadağasına yönəlmiş kampaniyaya sərmayə qoyurdu.
Aykın təyinatı direktorlar şurasından üç nəfərin getməsi ilə nəticələnib.
“Biz bilirik ki, insanlar nədən inciyiblər və onlar haqlıdırlar, belə ki, özümüzə sadiq çıxmadıq. Sizin Mozilla-dan gözlədiyiniz kimi hərəkət etmədik. Qalmaqal başladığı an reaksiya vermədik. Biz daha yaxşı fəaliyyət göstərməliyik”, - Mozilla şirkətinin məxsus olduğu Mozilla Foundation qeyri-kommersiya təşkilatının icraçı prezidenti Mitçel Beyker deyib.