Çelyabinskdə ağır xəstəlikdən əziyyət çəkən uşaq, onlayn-proqram tərəfindən hakerlərin müalicə üçün oöurladığı pullar ona çatana qədər dünyasını dəyişib, Oxu.Az Vesti-yə istinadən xəbər verir.
Bu ilin iyun ayında kiber-cinayətkar qeyri-qanuni yolla sadə çelyabinlilərə aid sim-kartları əldə edib. Zərəçəkənlər öz xəstə uşaqları üçün vəsait toplayırdılar.
Sim-kartların dublikatlarından istifadə edərək cinayətkar bank kartlarından pul oğurlayıblar. Cinayətin epizodlarından biri onların 64 min rubl oğurlanması olub.
“Hesablar haqqında bütün informasiyanı cinayətkarlar sosial şəbəkələrdən əldə edirdilər, - Chelyabinsk.ru portalına DİN Dİ bildiriblər – Müalicəsi üçün pul oğurlanan uşaqlardan biri həlak olub”.
Qeyri-qanuni fəaliyyət üzrə “Əlbir olaraq bir qrup şəxs tərəfindən kompüter informasiyası sahəsində fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb. Söhbət dörd cinayət epizodundan gedir. Zərrəçəkənlərin sayının artacağı da istisna edilmir (hələlik 15 nəfərin adı çəkilib)