Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təyyarə qəzasında yaralananların yaxın qohumları Qazaxıstana yola salınırlar
Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınırlar.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan üç azərbaycanlının Qazaxıstan Respublikasında müalicəsi davam edir.
Bildirilib ki, yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir:
"Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınırlar. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar".
Nazirliyin məlumatında vurğulanıb ki, yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək.
Mangistau vilayətinin səhiyyə departamenti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alan xəstələrin vəziyyəti ilə bağlı yenilənmiş məlumat dərc edib.
Oxu.Az məlumat verir ki, bu barədə "Orda.kz" portalı xəbər yayıb.
Həkimlərin sözlərinə görə, hazırda xəstəxanada altı zərərçəkən var - bunlar Azərbaycan və Qırğızıstan vətəndaşlarıdır.
Onlardan dördü müalicəsini Reanimasiya şöbəsində davam etdirir.
"Bir xəstənin vəziyyəti son dərəcə ağır qiymətləndirilir, üç nəfərin vəziyyəti stabil ağırdır. Daha iki nəfər Travma şöbəsində müalicəsini davam etdirir. Altı xəstədən üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır. Onların hamısına lazımi tibbi yardım göstərilir", - deyə Manqistau vilayətinin səhiyyə departamentinin məlumatında qeyd olunub.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qırğızıstan təyyarə qəzası ilə əlaqədar Qazaxıstana nümayəndə heyəti göndərəcək
- Təyyarə qəzasında zərərçəkmiş şəxslər səbəbkar olan ölkəyə qarşı iddia qaldıra bilərlər
- "Haber Global": "AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır"
- "FlightRadar24" qəzaya uğrayan təyyarənin uçuşunun radarda görünməyən hissəsini dərc etdi
- Aygün Attar: "Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır"
Rəylər