Cənubi Qafqaz Politoloqları klubunun sədri, ekspert İlqar Vəlizadə “BakuTV”-yə Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq mediada aparılan təbliğat kampaniyası və onun iqtisadi nəticələri barədə danışıb.
“Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqi barədə gəzən söz-söhbətlər qlobal iqtisadi mühitdə gərginlik yaratmaqla, ilk növbədə Qərbi Avropa, eləcə də Avropa nəhənglərilə Rusiya arasında yerləşən Şərqi Avropa dövlətlərinə zərər verir... Digər tərəfdən, Ukrayna iqtisadiyyatı hərbi qarşıdurma ilə yanaşı, həm də pandemiya səbəbindən elə də yaxşı vəziyyətdə deyil. Hazırda ölkə iqtisadiyyatının ciddi yatırımılara ehtiyacı olduğu bir dövrdə, biz əksini, aparılan təbliğat kampaniyası səbəbindən Ukraynadan kapital axınını görürük. Burada söhbət təkcə xarici sərmayədən getmir. Yerli Kapital da ölkədən qaçır”, - deyə ekspert bildirib.
Daha ətraflı “BakuTV”-nin videomaterialında: