"Avropa İttifaqı (Aİ) münaqişənin başlanğıcından bəri Ukraynaya təqribən 178 milyard avro xərcləyib, bu məbləğin 62.3 milyard avrosu silah dəstəyinə yönəlib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Strasburqda Avropa Parlamenti sessiyasında bildirib.
Dombrovskis xatırladıb ki, 2024-cü ildə G7 ölkələri Kiyevə 45 milyard avro həcmində kredit xətti ayırıblar, onun ödənilməsi Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına həyata keçirilməlidir, bu pullardan artıq 22 milyard avrodan çoxu xərclənib.