Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nadir avtomobil hərraca çıxarılır: Dünyada cəmi 14 ədəddir
"Artcurial" portalında 1989-cu ildə istehsal olunan "Isdera 036i Spyder" avtomobili satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu avtomobillərdən yalnız 14 ədəd istehsal olunub.
Hazırkı model Cenevrə avtosalonunda nümayiş etdirilib və daha sonra "İsdera" zavodunda ciddi modifikasiyalara məruz qalıb.
Qeyd edək ki, "İsdera" Almaniyada "Porsche" və "Mercedes-Benz" şirkətlərində çalışmış məşhur mühəndis və dizayner Eberhard Şults tərəfindən təsis edilib. Bu avtomobillər yalnız fərdi sifarişlər əsasında yığılıb. Müştərilərin gözləmə müddəti təxminən bir ildir. Brend bu gün də fəaliyyət göstərir.
"Isdera 036i Spyder" 1987-ci ildə 1982-ci il "033i" modelinin əlavəsi kimi təqdim edilib. Sportkar 217 at gücünə malik üç litrlik altı silindrli "Mercedes-Benz" mühərrikinə sahibdir. Lakin satışa çıxarılan nümunədə güc qurğusu dəyişdirilib, 3,6 litrlik AMG bloku qoyulub.
"Avto-moto" teqi üzrə xəbərlər
- Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul
- Avtomobilinizi yavaş-yavaş məhv edən gündəlik vərdişlər hansılardır?
- Çin uçan avtomobillərin kütləvi istehsalına başlayacaq
- "Audi"nin Belçikada yerləşən zavodunda silah istehsal edilə bilər
- 2026-cı ildən "Formula-1"də 11 komanda olacaq