Nalçikdə naməlum şəxslər polis polkovnikini onun şəxsi evində qətlə yetiriblər.
Oxu.Az bu barədə “İnterfaks”a istinadən xəbər verir.
“İki nəfər naməlum şəxs saat 03:00-da Rusiyanın Çereksk rayonu üzrə DİN şöbəsində qərargah rəisinin, Nalçik şəhərinin Festivalnı döngəsində yerləşən evinə daxil olaraq ona atəş açıblar. Aldığı yaralardan daxili xidmət polkovniki hadisə yerində dünyasını dəyişib”, - respublika üzrə DİN mətbuat xidmətindən bildiriblər.
Fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci (“qanunsuz silah dövriyyəsi”) və 317-ci (“hüquq mühafizə orqanı əməkdaşının həyatına qəsd”) maddələri üzrə cinayət işi açılıb.
Onların maksimal sanksiyası ömürlük həbs cəzası nəzərdə tutur.