Paris hərracında Napoleon Bonapartın məşhur botfortları 117 min avroya (təxminən 219 min AZN) satılıb.
Bu barədə “Drouot” hərrac evinin “Twitter” səhifəsində yazılıb.
L'empereur a toujours la botte, euh, la cote.
— Drouot (@Drouot) 29 ноября 2019 г.
Les fameuses bottes de Napoléon viennent d'emporter 117 208 € (frais inclus) à l'instant chez @AlexandreGique1 !
Les fans de l'Empire sont toujours nombreux 👏👏 pic.twitter.com/oaHU2lDSnE
Qara rəngli çəkmələr 40 ölçülüdür və təbii dəridən hazırlanıb. Ayaqqabıların hündürlüyü 48 sm-dir. Həmçinin çəkmələrin üzərində Napoleonun tez-tez ayaqqabı aldığı parisli çəkməçi Jakın möhürü var. Ehtimal olunur ki, hər cüt ona 80 franka (təxminən 132 AZN) başa gəlirdi.
Alıcının adı açıqlanmır.
“İlk imperiyanın pərəstişkarları hələ də çoxdur”, -deyə hərrac evindən bildirilib.