Permdə qeyri-adekvat vəziyyətdə olan kişi məscidin binasında qalmaqal yaradıb. Hadisə iyun ayının 5-də saat 19.00 radələrində baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “V kurse.ru” nəşri xəbər verib.
Məscidin imamı Zəkəriyə Həzrətlə söhbətdən sonra kişi geyinməyə başlayıb, amma sonra məbədə soxulub.
“O, məscidin zalından ayaqqabı ilə qaçaraq keçib, iki qapı, güzgü sındırıb, qadınları qorxudub. Bu hadisəyə qədər kişi heç vaxt məscidə gəlməyib”, - Həzrət müxbirlərə danışıb. Hadisə yerinə çağırılan polislər asayişi pozan şəxsi saxlayaraq təcili yardım briqadasına təhvil veriblər.
Perm vilayəti üzrə DİN idarəsindən bildiriblər ki, ilkin məlumata görə, Eldar adlı 22 yaşlı şəxs narkotik vasitələrin təsiri altında olub. Polislərin sözlərinə görə, hadisə zamanı o, özü həkim çağırılmasını istəyib. Baş verənlər araşdırılır.