Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
NASA digər planetlər üçün nüvə reaktoru hazırlayır
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ay və Marsı tədqiq etmək üçün istifadə oluna biləcək kiçik nüvə reaktorlarının layihələndirilməsi təşəbbüsünün ilkin mərhələsinə yekun vurub.
Bu barədə məlumat kosmik agentliyin rəsmi saytında dərc olunub.
Təşkilat 2022-ci ildə 5 milyon dollar məbləğində müqavilələr bağlayaraq tərəfdaşlarına reaktorun özü, enerjinin çevrilməsi, istiliyin çıxarılması, idarəetmə və enerji paylama sistemləri daxil olmaqla, Ayda insanların ən azı 10 il davam gətirməsini təmin etmək üçün layihələr hazırlamağı tapşırıb.
Tələblərə görə, nüvə qurğusunun çəkisi altı tondan çox olmamalı və 40 kilovat elektrik enerjisi istehsal etmək qabiliyyətinə malik olmalı, yaşayış və elmi modulların, Ayda gəzinti aparatlarının və ehtiyat şəbəkələrin təchizatını təmin etməlidir.
NASA dəqiqləşdirib ki, layihənin ikinci mərhələsindən sonra nüvə reaktoru 2030-cu illərin əvvəllərində Aya çatdırılacaq. Orada o, bir il sınaq rejimində, doqquz ilini isə istismarda keçirməli olacaq. Hər şey qaydasında olarsa, qurğunun dizaynı Marsda istifadə üçün uyğunlaşdırılacaq.
Rəylər