"Ukraynanın NATO-ya gedən yoldan geriyə dönməsi mümkün deyil, lakin bu məsələ hazırda müzakirə olunmur".
Oxu.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla görüşdə Ukraynaya ərazi güzəştləri və Qərb dövlətlərinin qoşunlarının ölkəyə yerləşdirilməsi məsələləri qaldırılmayıb.
Eyni zamanda, M.Rütte Ağ Ev rəhbəri ilə danışıqları məhsuldar adlandırıb.