"Şimali Atlantika Alyansı (NATO) ABŞ-nin İrana zərbələrini beynəlxalq hüquqa zidd hesab etmir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte alyansın sammitindən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.
O, alyans liderlərinin iyunun 24-25-də Haaqada keçiriləcək sammitində İranda rejim dəyişikliyi məsələsinin qaldırıla biləcəyini də istisna etməyib, lakin İranla bağlı müzakirənin rəsmi proqramda olmadığını vurğulayıb.