Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Navalnının “son məktubu” yayılıb - FOTO
Sosial şəbəkələrdə həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının adından saxta məktub yayılıb.
İddialara görə, siyasətçi rusiyalılara dərhal varlanmağa imkan verəcək “proqram” hazırlayıb.
Məktub saxta qruplarda yerləşdirilir. Burada Navalnının həyat yoldaşı Yuliyaya yazdığı iddia edilən məktubun fotoşəkili paylaşılır.
Məktubda Navalnının adından deyilir ki, o, çox güman tezliklə öləcək. Ona görə də, əsas istəyi ölümündən sonra ölkədə maddi rifahı təmin etməkdir.
Məktubda deyilir ki, Navalnı guya beş ildir ki, hər kəsin asanlıqla pul qazana biləcəyi “maliyyə layihəsi” hazırlayır və indi “hamının bu fürsətdən xəbərdar olmasını” istəyir.
Qeyd edək ki, investisiya yolu ilə asan pul qazanmağın yolları haqqında biliklərini bölüşmək istəyən məşhur insanların adından istifadə etməklə yayılan bu tip fırıldaqlar uzun illərdir ki, “Facebook” və digər böyük sosial şəbəkələrdə dolaşır.
Mənbə: meduza.io
Rəylər