Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bloombergə verdiyi müsahibəsində siyasi sələfi və növbəti seçkilərdə iştirakından danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” məlumat yayıb.
“Uşaqlarımın sələfliyini nəzərdə tutmuram, düşünürəm ki, bu məsələ bizim üçün deyil. Bizim hakimiyyətə keçidimiz Konstitusiyada yazılıb”, - Nazarbayev sələflik barədə suala cavab verərkən bildirib.
Növbəti seçkilərdə iştirak edəcəyinə dair suala cavab verərkən o, bunun səhhətinin vəziyyətindən və ictimai dəstəkdən asılı olduğunu bildirib.
“2020-ci ilə qədər işləyəcəm, 2020-ci ildə görüşərik”, - prezident deyib.
Qazaxıstan dövlət başçısı ölkənin iqtisadi çətinliklərindən danışarkən, qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sənayenin və investisiya infrastrukturunun artırılmasına dair planları metalların qiymətinə dəstək olacaq, bu isə Qazaxıstan iqtisadiyyatına müsbət təsir göstərəcək.
N.O.
www.oxu.az