Qazaxıstan prezidenti Nursultan Nazarbayev dərin neft emalını artırmağın labüd olduğunu düşünür.
“Böhran, neft və qazın qiymətinin enməsi şəraitində emal vəziyyətdən çıxışdır. Bunu nə qədər tez etsək, inkişaf edəcəyik. Biz yeni neftemalı zavodu tikməli olacağıq. Daha çox hazır məhsul buraxmaq üçün”, - “Qazaxıstanın yeni industrallaşması: 2014-cü ilin və birinci beşilliyin nəticələri” Ümummilli telekörpü zamanı Nazarbayev deyib.
Oxu.Az bu haqda Novosti-Kazaxstan-a istinadən xəbər verir.
Qazaxıstanda son illərdə dördüncü neftemalı zavodunun tikilməsinin labüdlüyü müzakirə edilir. 2014-cü ilin payızında ölkənin Enerji Nazirliyi bəyan edib ki, hökumətə yeni NEZ tikilməsi əvəzinə, Şımkent NEZ-in gücünü artırmaq barədə göstəriş verilib.
Hal-hazırda respublikada üç – Şımkentdə, Pavlodarda və Atırauda NEZ mövcuddur.