Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan və dünya üçün qlobal sınaqların gəldiyini hiss etdiyini bəyan edib. Tengrinews.kz müxbiri xəbər verir ki, o, bunu “Nur Otan” partiyasının siyasi iclasında bildirib.
“Mən öz təcrübəmdən hiss edirəm ki, yaxın illər dünyada, o cümlədən də bizim üçün qlobal sınaqlar dövrü olacaq. Dünyanın quruluşu dəyişəcək. Bu mürəkkəb mərhələdən bütün dövlətlər layiqincə keçə bilməyəcək, bu sınaqdan yalnız güclü, sıx birləşmiş xalqlar və ölkələr keçəcək”, - prezident bəyan edib.
Dövlət rəhbəri niyə öncədən müraciət etdiyini açıqlayıb.
“Əziz həmvətənlərim! 2007-ci ildə dünya böhranı başlayıb, amma çağırışlar, təhlükə və böhran davam edir. Rusiya və Qərb arasında sanksiya siyasəti var. Yaxın Şərqdə baş verənlər Qazaxıstana da təsir edir. Demək olar ki, böhran davam edir. Biz tədbir görməliyik ki, xalqın inamını doğruldaq və bu vəziyyətdən xətasız çıxaq. Yaxın illər ölkə üçün asan olmayacaq. Bu səbəbdən də xalqa yeni ildən nə etməli olduğumuz barədə müraciət etmək istəyirəm. Buna zaman vermək üçün ilin sonunda müraciət edəcəm”, - o deyib.
Nazarbayev qeyd edib ki, Qazaxıstan dünya iqtisadiyyatının tərkib hissəsi kimi geosiyasi episentrin yaxınlığında yerləşir – dünya proseslərinin neqativ təsirini hiss edir.
“Nəticədə biz, nə baş verdiyini görürük: dünya bazarlarında qiymətlər enir, ümumilikdə iqtisadi inkişaf zəifləyir. Məlum olduğu kimi dünya iqtisadiyyatının 2014-cü il və qarşıdaki iki il üçün inkişaf proqnozları yenidən beynəlxalq valyuta bankı tərəfindən yenidən nəzərdən keçirilir. Bu bizə də təsir edəcək. Bu səbəbdən də bu dövr üçün bəzi mövqeləri operativ şəkildə nəzərdən keçirmək lazımdır. Bizim vaxtımız azdır. Bu gün sözügedən tədbirləri 2015-ci ilin yanvar ayının 1-dən realizə etmək lazımdır. Biz neqativ tendensiyaların qarşısını almaq üçün bütün tədbirlərə əl atmalıyıq, xalqın ümidini doğrultmalıyıq. Bizim belə təcrübəmiz var”, - o qeyd edib.
Daha öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irimiqyaslı infrastruktur proqramı haqqında danışmışdı. O, paytaxtdan regionlara gedən çoxlu sayda keyfiyyətli avtomobil yollarının çəkilməsini bəyan etmişdi.
11:35
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ikinci gün “Nur Otan” partiyasının siyasi şurasında bəyan edib ki, bu gün xalqa müraciətlə çıxış edəcək, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Mən Sizə demək istərdim ki, zaman gözləmir. Çağırışlar çox kəskindir. Bizə hərəkət etmək lazımdır. Buna görə də qərara almışam ki, Qazaxıstan xalqına müraciət edim”, - agentlik Nazarbayevin sözlərini sitat gətirib.
“Mən niyə bunu əvvəlcədən edirəm, bunu sonra anlatacam”, - iclas iştirakçılarına müraciət edən dövlət başçısı bildirib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu müraciəti müasir çağırışların ölkəni narahat etdiyi üçün və tezliklə hərəkətə keçmək lazım olduğu üçün etdiyini açıqlayıb.
Hal-hazırda iclasın işində fasilə elan edilib.