Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəni Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmağa çağırıb. N.Nazarbayev Türkiyədə keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 4-cü sammitində çıxışı zamanı bəyan edib ki, rəsmi Ankara AİB-ə üzv ola bilər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Qazaxıstan prezidentinin bildirdiyinə görə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə Avrasiya İqtisadi Birliyi arasında heç bir ziddiyyət yoxdur:
“AİB digər ölkələrin üzv olmasına hər zaman hazırdır. Məsələn, Türkiyə və digər ölkələr gələcəkdə birliyə assosiativ üzv ola bilər”.
Xatırladaq ki, mayın 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı müqavilə imzalayab.