Rusiya qırağa çəkilsin və səsini kəssin.
Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Gevin Vilyamson mətbuat konfransında deyib.
“Rusiyanın Solisberidəki hərəkətləri tamamilə çirkin və qəbuledilməzdir. Biz bununla bağlı tədbirlər aldıq və görünən odur ki, Rusiya qırağa çəkilməli və səsini kəsməlidir”, - deyə nazir bildirib.
G.Vilyamson onu da qeyd edib ki, bu məsələ soyuq müharibəyə qədər gedib çıxa bilər. Onun sözlərinə görə, son zamanlar iki ölkə arasında soyuq münasibət yaranıb.
Rəylər