Nelson Mandelanın nəvəsi 15 yaşlı qızın zorlanmasında şübhəli bilinərək həbs edilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkənin valideynlərinin verdiyi məlumata əsasən, hadisə Yoxannesburqda qız dostları ilə yerli restoranların birində istirahət edən zaman baş verib.
“Yeniyetmə qız ayaqyoluna girəndə oğlan onu tutub və zorlayıb”,- zərərçəkmişin valideynlərinin hüquqi nümayəndəsi bildirib.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, zorlama iddiası üzrə cinayət işi avqustun 14-də açılıb. Lakin polis şübhəli və zərər çəkmiş şəxslərin adları açıqlamaqdan imtina edib.
Gəncin nənəsi və Nelson Mandelanın ikinci həyat yoldaşı Vinni Madikizela-Nelson hadisəni ört-basdır üçün öz nümayəndəsini qızın atasının yanına göndərib, onu nəvəsini həbs etdirmək tələbindən daşındırmağa çalışıb, lakin rədd cavabı alıb.
Gənc qızın atası isə söz verib ki, Mandelanın məşhur soyadı günahkara məsuliyyətdən yayınmağa kömək etməyəcək.