Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Netflix" serialı Argentinaya onmilyonlarla dollar qazandırdı
"Netflix" özünün yeni orijinal layihəsi olan "Eternaut" serialının maliyyə göstəricilərini açıqlayıb.
Oxu.Az championat.com saytına istinadən xəbər verir ki, serial Argentina istehsalıdır və bu ölkənin iqtisadiyyatına müsbət təsir göstərib.
Striminq xidməti bildirib ki, serial Latın Amerikası ölkəsinə təxminən 34 milyon dollar gəlir gətirib.
"Eternaut" serialı aprelin 30-da yayımlanıb və Buenos-Ayresdə baş verən qar fırtınası nəticəsində milyonlarla insanın həyatını itirməsindən bəhs edir.
Serial artıq ikinci mövsüm üçün təsdiqlənib.
"Netflix" teqi üzrə xəbərlər
Ən çox oxunanlar