Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Niderland Ukraynaya ilk "F-16"ların çatdırılmasını rəsmən təsdiqlədi
Niderland ilk "F-16" qırıcılarının Ukraynaya çatdırılmasını rəsmən təsdiqləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) bəyanatında bildirilir.
"Çatdırılma üçün ixrac lisenziyası iyulun 1-də verilib. Bundan sonra vəd edilən ilk "F-16"lar Ukraynaya təhvil verilib", - MN qeyd edib.
Təhvil verilən qırıcıların sayı qeyd olunmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 təyyarə göndərəcəyini vəd edib.
Sənəddə, həmçinin bildirilir ki, Niderland Ukrayna üçün pilotsuz təyyarələrin hərəkət planı üçün 400 milyon avro ayırıb. Onun çərçivəsində iki ölkə müasir dronların hazırlanması və uğurlu prototiplərin istehsalını sürətləndirmək üçün birgə işləyəcək. Bu vəsaitin demək olar ki yarısı Niderlandda qalacaq.
MN əlavə edib ki, bu günə qədər Ukraynaya hərbi yardımın ümumi həcmi 3,76 milyard avroya çatıb.
"Ukraynaya silah yardımı" teqi üzrə xəbərlər
- ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır
- Tramp Ukraynaya hərbi yardımı yenidən nəzərdən keçirir: İnaqurasiyadan sonra Kiyevi nə gözləyir?
- Pentaqonun keçmiş müşaviri: "ABŞ Ukraynaya nüvə silahının verilməsini müzakirə edir"
- Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"
- ABŞ-də Baydenin Ukraynaya nüvə silahı verməkdə əsl məqsədi açıqlandı
Rəylər