Niderland polisi “Petticoat” kafesində insanları girov götürən şəxsi saxlayıb.
Bu barədə hüquq-mühafizə orqanından xəbər verilib.
“Sonuncu girov indi azad edildi. Bir nəfər həbs edilib”, - deyə polisdən bildirilib.
Hüquq-mühafizə orqanının əməkdaşı hələlik başqa məlumat verə bilməyəcyini vurğulayıb.
Məlumata görə, hücumçu gecə klubundan əlləri yuxarı çıxaraq təslim olub.
Ümumilikdə kafedə beş girov olub. Onlardan əvvəlcə üçü, sonra isə ikisi azad edilib.
Niderlandda kafedə girov qalanlar azad edildilər - YENİLƏNİB + FOTO/VİDEO
Polis Ede sakinlərini mərkəzə gəlməməyə çağırır. Şəhərin bir hissəsi mühasirəyə alınıb, mağazalar hələ də bağlıdır. Ehtiyat tədbiri olaraq 150-yə yaxın ev təxliyə edilib.
Lakin polis hadisənin terrorla bağlı olmadığını ehtimal edib.
Mənbə: Mk.ru
Rəylər