Niderlandiya hökumətinin başçısı Mark Rütte bildirib ki, “Boeing-777”nin Ukraynanın şərqində qəzaya uğraması ilə əlaqədar krallıq matəmə bürünüb.
“Gözəl yay günü bundan daha dəhşətli şəkildə bitə bilməzdi”, - baş nazir Amsterdamın “Sxipxol” aeroportunda deyib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bort nömrəsi 9M-MRD “Boeing-777-200ER” Ukraynanın şərqində “Snejnoe” yaşayış məntəqəsinin yaxınlığında yerli vaxtla 18:00-da qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan bütün sərnişinlər vəfat edib, aviadaşıyıcının dəqiqləşdirdiyi məlumata görə təyyarədə 283 sərnişin (onların arasında 3 azyaşlı uşaq olub) və 15 nəfər ekipaj üzvü olub.
İlkin məlumata görə təyyarə vurulub. Ukrayna hakimiyyəti və Ukraynanın yeni yaranmış respublikaların nümayəndələri hadisəyə aidiyyatlıqlarını təkzib edir, baş verənlərdə bir-birini günahlandırırlar.
Ümumilikdə təyyarədə 154 Niderland, 27 Avstraliya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya və 4 Belçika, 3 Filippin və 1 Kanada vətəndaşı olub. Qalan sərnişinlərin vətəndaşlıqları məlum deyil.
Son məlumata görə təyyarədə arasında QİÇS-lə mübarizə Beynəlxalq Cəmiyyətin sabiq prezidenti Yup Langenin də ola biləcəyi yüzə yaxın HİV üzrə alim ola bilərdi.
Malayziya KİV-nin xəbər verdiyi kimi qəzada Malayziyanın baş naziri Nəcib Tun Razakın nənəsi, 83 yaşlı Puan Şri Siti Amira da həlak olub.