Nigeriyanın Mayduquru şəhərində, bazarda törədilmiş güclü partlayış nəticəsində 56 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, terror aktının “Boko Haram” qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
Nigeriya Müdafiə Nazirliyinin məlumatına görə, partlayıcı qurğular yük maşınına quraşdırılıb.
Son məlumata görə, hadisə yerində 56 insan cəsədinin fraqmentləri aşkarlanıb.