Fevralın 11-də Minskdə axşam saatlarında başlamış Ukraynadakı böhranın həll olunması üzrə “Normand dördlüyü” liderlərinin danışıqları başa çatdı.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, iclas zalını öncə Ukrayna prezidenti Pyotr Poroşenko, daha sonra Rusiyanın dövlət başçısı Vladimir Putin tərk edib. Minskin Müstəqillik sarayında keçirilən görüş təxminən 14 saat davam edib.
Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın görüşün nəticələrinə əsasən qısa ikitərəfli danışıqlar keçirəcəyi gözlənilir.
www.oxu.az