Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Noyer 700-cü matçına görə həkimlərə minnətdarlıq etdi
Münhen “Bavariya”sının qapıçısı Manuel Noyer peşəkar karyerasının 700-cü matçını şərh edib.
37 yaşlı qapıçı bu göstəriciyə Çempionlar Liqasının “Mançester Yunayted”lə oyununda çatıb.
“Mənim bu faktdan xəbərim yox idi. Özümü tam hazır hiss edirəm. Ayağımı sındırdıqdan sonra hər şeyin bu qədər yaxşı gedəcəyini və oyunun ritmini davamlı olaraq saxlaya biləcəyimi heç gözləmirdim. Biz xoşbəxtik, həkimlərə çox minnətdaram”, - deyə təcrübəli qapıçı vurğulayıb.
Məlumat üçün əlavə edək ki, Manuel Noyer Almaniyanın “Şalke 04" klubunun yetirməsidir. 2011-ci ildən ona Münhen “Bavariya”sının çərçivəsi həvalə edilib.
Mənbə: Uefa.com
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
Rəylər