Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nursultan Nazarbayev Qazaxıstanın millət lideri titulundan məhrum olunub
Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası-red) elan edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında” Qanunun etibarsız sayılması barədə qərar çıxarıb.
Sənəddə qeyd edilir ki, “Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir".
Müvafiq qanun hələ 2000-ci ildə qəbul edilib və bir neçə dəfə təkmilləşdirilib.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) spikeri Yerlan Koşanov keçmiş dövlət başçısı Nursultan Nazarbayevə bir sıra imtiyazlar və səlahiyyətlər verən respublikanın birinci prezidenti haqqında qanunun ləğvi planlarından danışıb.
Nazarbayev Qazaxıstana təxminən 30 il rəhbərlik edib və 2019-cu ilin martında vəzifəsindin gedib. Onun xələfi Qasım-Jomart Tokayevdir.
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub