ABŞ-ın Nyu-York şəhərində, Bruklin metrostansiyasında atışma nəticəsində xəsarət alanların sayı 24 nəfərə çatıb.
Bu barədə ABŞ-da yaymlanan “NY1” telekanalı məlumat verib.
Məlumatda həmçinin qed olunur ki, yaralıların sayının artması da istisna edilmir.
19:29, 12 aprel
Nyu-York metrosunun Bruklin stansiyasında odlu silahla 13 nəfəri yaralayan şəxs qaradərili olub.
Şahidlərin sözlərinə görə, nəqliyyat idarəsi işçilərinin geyindiyi jiletdə olan kişi vaqona digər sərnişinlərlə mübahisə edib.
Sonra o vaqona tüstü bombası atıb və ardınca ətrafdakı insanlara atəş açıb. Polis hadisə yerində aktiv partlayıcı maddələrə rast gəlinmədiyini bildirir.
Şübhəli şəxs hələ də tapılmayıb, onun axtarışları davam etdirilir.
Mənbə: RİA Novosti