Nyu-Yorkda Bruklində şənlik zamanı atışma nəticəsində ən azı 13 nəfər xəsarət alıb. Bu barədə NBC yerli polis idarəsinə istinadən xəbər verib.
Oxu.Az Lenta.ru-ya istinadən bildirir ki, hadisə bazar günü yerli vaxtla 02:00-da baş verib. Doqquz nəfər yaralanıb, digərləri isə kəsik və əziklərlə xəstəxanaya yatırılıb. Atışmanın səbəbləri aydınlaşdırılır, cinayətkar hələ saxlanılmayıb.
Daha bir atışma hadisəsi Fortpqrin rayonunda 01:30 radələrində baş verib. Hadisə yerində 46 yaşlı kişinin cəsədi aşkar edilib.
25 yaşlı oğlan və 17 yaşlı qız yaralanıblar, onlar xəstəxanaya yatırılıblar, vəziyyətləri sabitdir. Bu hadisəni törədən cinayətkar da azadlıqdadır, Associated Press bildirib.