Hyu-Yorkun Kuins rayonunun polisləri dördüncü gün gözlənilmədən əlində balta ilə onlara hücum edən kişini güllələyiblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə meqapolisin polis idarəsinin rəhbəri Uilyam Bretton bildirib. Onun sözlərinə görə, insident 14:00-da asayiş keşikçilərindən dördünün Kuinsin küçələrinin birində küçə fotoqrafının xahişi ilə şəkil çəkdirmək üçün durduqları an baş verib. Gözlənilmədən əlində balta olan kişi onlara hücum edib. O iki polisi yaralayıb, sonra isə polislərin açdıqları atəş nəticəsində ayağından yaralanıb. Hücum edən şəxs həlak olub. Amma buna qədər o polislərdən birinin qoluna, digərinin isə başına ağır xəsarət yetirib.
Hal-hazırda kritik vəziyyətdədir. Bundan başqa açılan atəş nəticəsində yoldan keçən 29 yaşlı qadın təsadüfən yaralanıb. Qadın artıq əməliyyat edilib və səhhəti yaxşılaşır.
Aydınlaşdırılıb ki, polislərə balta ilə hücum edən Nyu-York sakini “İslam Dövləti” qruplaşmasının tərəfdarı imiş, bunu hüquq-mühafizə orqanlarının mənbəsinə istinadən Vocativ bildirib.
Nəşrin həmsöhbətləri bildiriblər ki, həlak olanın kimliyi müəyyənləşdirilib, bu, 32 yaşlı Kvins sakini Zeyl Tompson (Zale Thompson) olub, o HDQ-dən intizam qaydalarını pozduğu üçün çıxarılıb. Onların məluamtına görə Tompsonun şəbəkə söhbətləri onun, ABŞ-da yaşayan və Amerika hakimiyyəti ilə mübarizəyə çağıran radikal islamçı liderlə bağlı olduğunu göstərir. Facebook səhifəsində Tompson özünü Zaim Faruk Abdulmalik (Zaim Farouq Abdul-malik) adlandırır. Bundan başqa o öz şəklini müsəlman döyüşçüsü görünüşündə yerləşdirib.
Sentyabrda Tompson YouTube servisində İslam xilafəti yaradılmasının təbliğ edildiyi video-yazıya təəssüfedici rəy yazıb, nəşr qeyd edib.
Nyu-Yorkun polis idarəsinin rəhbəri Bill Bretton polislərə hücumun terror aktı olmasını istisna etmir.