Nyu-Yorkda su taksisinin limana çırpılması nəticəsində azı 30 nəfər xəsarət alıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “New York Daily News” məlumat yayıb.
Hudzon çayında baş vermiş hadisə zamanı su taksisinin göyərtəsində 125 nəfər olub.
Taksi turistləri Azadlıq heykəlinə ekskursiyaya aparırmış.
Hadisənin səbəbi araşdırılır.
www.oxu.az