Bu gün Nyu-York-un Bruklin rayonunda qatar relsdən çıxıb.
Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 08:30-da Atlantic Terminal stansiyasında qeydə alınıb. Qəza pik saatlarında olduğu üçün qatarda 600-ə yaxın sərnişin olub.
Qatarın relsdən çıxması nəticəsində xəsarət alanların sayı 103-ə çatıb.
Nyu-York-un qubernatoru Endriy Kuoma bildirib ki, qəzaya qatarın qarşısında maneənin olması səbəb olub. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.
A.M.