ABŞ-ın Nyu-York ştatının 33 yaşlı sakini Robert Roden Stoni-Bruk Universitetinin xəstəxanasına kustar üsulla hazırlanmış bomba ilə daxil olmaq istəyib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Hadisə iyunun 9-da baş verib. Onu xəstəxananın girişində mühafizə xidməti saxlayıb. Üzərində partlayıcı qurğu olan şəxs saxlanılıb, dərhal xəstəxananın iki binası təxliyyə edilib.
Saxlanılan şəxsin evində aparılan axtarış nəticəsində daha üç partlayıcı qurğu tapılıb.
Tapılan əşyalar Federal Təhqiqat Bürosu (FBI) tərəfindən araşdırılmaq üçün götürülüb.